Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bürünc medal qazanıb
Azərbaycanın qızlardan ibarət güləş millisinin üzvləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında üç bürünc medal qazanıb.

Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərinin mübarizəsində Əmrah Əmrahov (48 kq) da bürünc medala sahib çıxıb. Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) isə mundialın qalibi olublar.

Xəbər 156 dəfə oxundu.