Azərbaycanın U-23 millisi dünya çempionatına qatılacaq
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək.

Yarış oktyabrın 7-10-u aralığında baş tutacaq.

Turnirdə ölkəmizlə yanaşı, Xorvatiya, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq və Mavritaniya milliləri mübarizə aparacaq.

Xəbər 145 dəfə oxundu.