“Çelsi” yeni baş məşqçisini təyin edib
“Çelsi” yeni baş məşqçisini təyin edib. London klubu ispaniyalı Rafael Benitesi “sükanı arxası”na gətirdiyini rəsmən açıqlayıb. Təcrübəli mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Benitesin sonuncu iş yeri İtaliyanın “İnter” klubu olub. O, bunadək isə uzun müddət “Liverpul”un çalışdırdığından, yenidən İngiltərədə işləyəcək.

Qeyd edək ki, londonlular Çempionlar Liqasının V turunda səfərdə “Yuventus”a 0:3 hesabı ilə uduzduqdan sonra italiyalı baş məşqçisi Roberti di Matteonu istefaya göndərib.

Xəbər 831 dəfə oxundu.