Azərbaycan avarçəkənləri dünya çempionatında iştirak edəcəklər
Azərbaycanın gənc avarçəkənləri Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər.

Ölkəmizi yarışda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adından 2 idmançı təmsil edəcək.

Kanoe yarışında Paşa Əsgərov mükafatçılar sırasına düşməyə çalışacaq. Kayak növündə isə Ceyhun Vəlixanov mübarizə aparacaq.

Mundial avqustun 23-25-də gerçəkləşəcək.

Xəbər 149 dəfə oxundu.