Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb
Azərbaycanın iki güləşçisi İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) mundialın qalibi olublar.

Final görüşlərində Daşdəmirov qırğızıstanlı Kutman Kalbayevə, Cavadov isə gürcüstanlı Vaxtanq Loluaya qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Əmrah Əmrahov (48 kq) yarışın bürünc mükafatına sahib çıxıb.

Xəbər 150 dəfə oxundu.