Azərbaycan- Polşa duelində sonuncu iştirakçımız “Rabitə” olacaq
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında (ÇL) II dövrəsinin ilk turunun oyunlarına yekun vurulacaq. Azərbaycan və Polşa klublarının duelində sonuncu iştirakçımız “Rabitə” olacaq.

ÇL-də yüz faizli nəticə göstərən səfərdə asanlıqla yendiyi “Atom”u qəbul edəcək. Çempionumuzun yenə qalib gəlməkdə çətinlik çəkməyəcəyini və bununla da turnirin 4-cü qələbəsini qazanacağını demək olar. Çünki o, turnirdə öz meydanında cəmi 1 dəfə uduzub. Bu da ötən mövsüm “Fənərbaxça”ya olub ki, məhz bu komanda sonda Bakıda “Dördlər finalı”nda qalib adını qazanmışdı.


Çempionlar Liqası
IV tur

B qrupu
22 noyabr
18:00. “Rabitə” (Azərbaycan) - “Atom” (Polşa)
Hakimlər: Frank Qarzoff (Almaniya), Yuri Bakunoviç (Belarus)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Xəbər 931 dəfə oxundu.