Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək | |
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək. Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq. Kişi və qadın idmançılar üç kateqoriya - 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə) üzrə yarışacaqlar. Avqustun 24-də açılış mərasimi və sıralama atışları baş tutacaq. Çempionata ayın 25-də yekun vurulacaq. Qeyd edək ki, yarış Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) təşkil ediləcək. |
|
Xəbər 162 dəfə oxundu. |
|
|