UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib | |
Azərbaycanın ötən həftə ilə müqayisədə UEFA reytinqində mövqeyi dəyişməyib. Bu, avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra baş verib. 26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir. "Qarabağ" Çempionlar Liqasında Xorvatiyada "Dinamo" (Zaqreb) kollektivinə uduzub - 0:3. "Zirə" isə UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya məğlub olub - 0:6. 25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var. 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir. |
|
Xəbər 164 dəfə oxundu. |
|
|