Azərbaycan Premyer Liqası: Turun ilk matçında autsayderlər qarşılaşacaq | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. Günün yeganə matçında "Səbail" doğma meydanda "Kəpəz"lə üz-üzə gələcək. Oyunu Rauf Allahverdiyev idarə edəcək. Paytaxt təmsilçisi 9-cu, hesabında xal olmayan Gəncə klubu sonuncu - 10-cu pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası IV tur 23 avqust 19:00. “Səbail” – “Kəpəz” Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov. VAR: Rauf Cabarov. AVAR: Rəhman İmami. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. “ASCO Arena” Qeyd edək ki, turun digər qarşılaşmaları 24 və 25 avqustda keçiriləcək. |
|
Xəbər 169 dəfə oxundu. |
|
|