Avropa Kuboku: Azərbaycanın kişilərdən ibarət millisi mübarizəyə başlayır
Bu gün Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayır.

Yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:40-da start götürəcək. İkinci oyunda isə rəqib meydan sahibləri olacaq. Görüş saat 19:15-ə təyin olunub.

1/4 final matçları sabah baş tutacaq. Qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.

Qeyd edək ki, ötən gün Azərbaycanın qadınlardan ibarət yığması İspaniya (12:20) və Avstriyaya (7:21) uduzub.

Xəbər 161 dəfə oxundu.