Azərbaycanın yeniyetmə boksçuları Avropa birinciliyini 4 medalla başa vurub
Azərbaycanın yeniyetmə boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyini 4 medalla başa vurub.

Komanda yarışın son günündə 2 medal qazanıb.

Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (+80 kq) gümüş mükafata yiyələliblər.

Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xəbər 51 dəfə oxundu.