Azərbaycanın paragüllə atıcısı Serbiyada gümüş medal qazanıb
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində təşkil edilən Dünya Reytinq Turnirində gümüş medal qazanıb.

Təmsilçimiz 10 metr məsafəyə güllə atma yarışında 561 xal toplayıb.

Qeyd edək ki, K.Zeynalov ötən il Peruda keçirilən dünya çempionatında Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər 224 dəfə oxundu.