Azərbaycan paraatıcısı Serbiyada bürünc medal qazanıb
Azərbaycanın paraatıcısı Aybəniz Babayeva Serbiyanın Novi Sad şəhərində təşkil edilən Qran-Pridə uğurlu çıxış edib.

İdmançı 10 metr məsafəyə güllə atma yarışında 544 xal toplayıb.

A.Babayeva bu nəticəyə görə bürünc medal qazanıb.

Xəbər 209 dəfə oxundu.