Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü olub
Kyokuşin karate üzrə Azərbaycan millisinin üzvü Cavid Kazımlı (+75 kq) Bolqarıstanın Varna şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

O, 16-17 yaş qrupunda bu mükafata sahib çıxıb.

Daha sonra yarışda senşi döyüşlərinə start verilib. Bu növdə Orxan Məmmədov ilk görüşünü qələbə ilə bitirib. O, ikinci döyüşünü bu gün keçirəcək.

Qeyd edək ki, Azərbaycan yarışda 12 idmançı ilə təmsil olunur.

Xəbər 224 dəfə oxundu.