Azərbaycan boksçuları Rusiyadakı turniri dörd medalla başa vurublar
Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb.

Milli komandamız turniri 4 medalla başa vurub.

Yarışın son günündə Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib.

Ondan əvvəl isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.

Xəbər 302 dəfə oxundu.