Azərbaycan badmintonu tarixində ilk dəfə Federasiya Kuboku keçirilib
Azərbaycan badmintonu tarixində ilk dəfə airbadminton üzrə Federasiya Kuboku keçirilib.

Dünya Badminton Federasiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə qarışıq-qoşa kateqoriyası üzrə açıq havada airbadminton yarışı təşkil olunub.

Bakı Avropa Oyunları Parkında keçirilən yarışın qalibi Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi olub. Rəvan Niftəliyev-Nigar Səmədova cütlüyü ikinci, Teymur Abbasov-Zülfiyyə Abbasova və Əli Gözəlov-Fatimə Həsənzadə dueti isə üçüncü pillədə qərarlaşıb.

5 iyul - Ümumdünya Badminton Gününə həsr olunan Federasiya Kubokunun qalibləri diplom medal və hədiyyələrlə təltif ediliblər.

Xəbər 230 dəfə oxundu.