"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub | |
"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub. Ağdam təmsilçisi yarışdakı sonuncu oyunda yerli “Trans Narva” ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə üstələyən "köhlən atlar" beynəlxalq turnirin qalibi olub. Qeyd edək ki, U-16-nın baş məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqovdur. |
|
Xəbər 254 dəfə oxundu. |
|
|