Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Axundzadə Ağayar Əbdüləzim oğlu
Cəfərov Elçin Lənkəran oğlu
Cəfərov Hafiz Yusif oğlu
Eyvazov Məmməd Fətəli oğlu
Əhmədov Kamal Məhəmməd oğlu
Əliqulu Həsən oğlu
Məmmədov Vahid Şərafəddin oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2006-cı il.

Xəbər 955 dəfə oxundu.