“Fənərbaxça” sabah “Marsel”lə qarşılaşacaq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fənərbaxça” sabah “Marsel”lə qarşılaşacaq. Türkiyə təmsilçiləri artıq məşqlərini tamamlayıb. Dünən axşam tam heyətlə məşq edən komanda bugün Bakı vaxtılə 14:00-da Marselə yola düşüb.
Qeyd edək ki, “Marsel” – “Fənərbaxça” matçı sabah 00:05-də başlayacaq. “Sarı-lacivərtlilər” hazırda 10 xalla qrupun birinci pilləsində qərarlaşıb.

Xəbər 766 dəfə oxundu.