Azərbaycanın yeniyetmə şahmatçıları Dünya Kubokunda iştirak edəcək
Azərbaycanın 14 yeniyetmə şahmatçısı iyunun 23-də Gürcüstanın Batumi şəhərində start götürəcək Dünya Kubokuna qatılacaq.

Təmsilçilərimiz yarışa məşqçi Fərid Abbasovun rəhbərliyi altında yollanacaq.

Turnir 8, 10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçiriləcək.

Dünya Kubokuna iyulun 3-də yekun vurulacaq.

Xəbər 245 dəfə oxundu.