AZAL-la qarşılaşacaq “Sumqayıt” məşqlərini davam etdirir
Premyer Liqanın XIV turu çərçivəsində AZAL-la qarşılaşacaq “Sumqayıt” məşqlərini davam etdirir. Bayıl stadionunda hazırlaşan komandanın heyətində bəzi itkilər var.
Belə ki, Murad Hüseynovla Murad Doymuş son hazırlıq prosesində fərdi məşqlərlə kifayətlənib. “Portu”nun düşərgəsində baxışda olan Orxan Əliyevin isə cümə günü komandaya qoşulacağı gözlənilir.
Milli komandanın heyətində Şimali İrlandiya ilə keçirilmiş görüşdə barmağı sınan Səlahət Ağayev isə məşqlərə başlayıb. Ötən turdan cəza səbəbindən iştirak edə bilməyən Murad Ağayev də artıq kiçik zədəsini sağaldaraq komandaya qoşulub.

Xəbər 825 dəfə oxundu.