Almaniyada qol sevincinə qadağa qoyuldu
Almaniyada artıq futbolçular istədikləri kimi qol sevinci yaşaya bilməyəcək. Almaniya Futbol Federasiyası futbolçuların qol sevinclərini “əsgər salamı” şəklində yaşamasına qadağa qoyub.
Qeyd edək ki, federasiya tərəfindən bu qərar “Nurnberq” – “Bavariya” (1:1) qarşılaşmasından sonra qəbul olunub. “Bavariya”da forma geyinən və qol vurduğu zaman əsgər salamı verən Mario Mandzukiç öz fikrini bildirib: “Mən qol vuranda azarkeşlərə tərəf qaçıram. Sevincimi onlarla bölüşmək üçün əsgər salamı verirəm. Mənim siyasətlə, hərbi ilə heç bir əlaqəm yoxdu”.

Xəbər 837 dəfə oxundu.