Azərbaycan millisi Avropa Kubokunun təsnifat mərhələsində ikinci qələbəsini qazanıb
Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Yığma ikinci matçında Kosovo seçməsi ilə üz-üzə gəlib.

Komandamız meydan sahiblərini 14:10 hesabı ilə üstələyib.

Qeyd edək ki, ilk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz hazırda B qrupunda liderdir.

Xəbər 201 dəfə oxundu.