Azərbaycanın U-19 millisi Türkiyə yığması ilə qarşılaşıb
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində ikinci oyununu keçirib.

Millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşıb.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş Türkiyə kollektivinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.

Xəbər 214 dəfə oxundu.