Qadın voleybolçular arasında Çempionlar Liqasında IV tura start verilib
Qadın voleybolçular arasında Çempionlar Liqasında IV tura start verilib. İlk oyun günündə Azərbaycan təmsilçisi “Lokomotiv”in yer aldığı F qrupunda 1 matç baş tutub.

Rusiya “Dinamo”su səfərdə “Srvena Zvezda”nın qonağı olub. Serbiya təmsilçisi ilk setdə qalib gəlsə də, sonradan 3 set uduzaraq autsayder mövqeyində qalıb. “Dinamo” isə xal sayında “Lokomotiv”ə çatıb.

Xəbər 853 dəfə oxundu.