“İnter”də itkilər seriyası
Noyabrın 18-də “Turan” komandasıyla görüşdən sonra “İnter”in futbolçularına 1 günlük istirahət verilmişdi. Dünən “Şəfa” stadionunda bir araya gələn komanda bərpa məşqinə çıxdı.
Georgi Lomaya qayınatasının vəfat etməsilə əlaqədar hazırda Gürcüstanda olduğundan onun “Simurq”la oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı. Bundan başqa, Talets Şüts də zədəli olduğundan komandayla birlikdə məşq etmir.
Qeyd edək ki, Vladimir Levin və Bryus Abdulaye “Simurq”la oyunda komandamıza kömək edə bilməyəcəklər. Hər iki oyunçu sarı vərəqə limitini doldurduğundan səfər oyununu buraxmalı olacaq.

Xəbər 843 dəfə oxundu.