Azərbaycan millisi basketbol üzrə Dünya Qadın Seriyasına qələbə ilə başlayıb
3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinə start verilib.

Turnirin açılış görüşündə A qrupunda yer alan Azərbaycan millisi və "Baku Fleyms" klubu üz-üzə gəlib.

Qarşılaşma yığmanın 21:6 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirdə 5 milli komanda və 3 klub olmaqla, ümumilikdə 8 kollektiv 2 qrupda çıxış edir.

A qrupunda Azərbaycan, Portuqaliya yığmaları, həmçinin "Baku Flames" və "Warsaw Lotto" (Polşa) klubları mübarizə aparır.

B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri ilə yanaşı, "Barcelona Panthers" (İspaniya) klubu yer alıb.

Xəbər 170 dəfə oxundu.