Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi bürünc medal qazanıb.

Milli komandamızın üzvü Ruslan Lunyov 25 metr məsafəyə standart tapançadan atəş üzrə yarışda üçüncü yeri tutub.

Qeyd edək ki, o, ümumilikdə 570 xal toplayıb.

Xəbər 174 dəfə oxundu.