Azərbaycan idmançısı “Bratislava Reqatası”nda bürünc medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə və gənclər arasında keçirilən kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası”nda Azərbaycan idmançısı bürünc medal qazanıb.

İdmançılarımızdan Paşa Əsgərov 5000 metr məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb.

Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Lain o, yekun nəticədə ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, ümumilikdə komandamız reqatada 6 nəfərlik heyətlə təmsil olunub.

Xəbər 215 dəfə oxundu.