Azərbaycan atleti Balkan çempionatında bürünc medal qazanıb
Türkiyənin İzmir şəhərində atletika üzrə 77-ci Balkan çempionatına start verilib.

Yarışın ilk günündə Nazim Babayev uğurlu çıxışla yadda qalıb.

Uzunluğa tullanma növündə Babayev 7.83 metr nəticəyə nail olub.

O, bu göstərici ilə turnirin bürünc medalını qazanıb.

Xəbər 195 dəfə oxundu.