Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək | |
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək. Mayın 16-sı start götürəcək yarışda 9 komanda mübarizə aparacaq. Turnirdə yığmamızla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın komandaları mükafatlar uğurunda yarışacaq. Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubu ilə birgə A qrupunda çıxış edəcək. Həndbolçularımız ilk oyununu mayın 16-ı saat 10:30-da OKMK klubuna qarşı keçirəcək. Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Turnirə mayın 21-də yekun vurulacaq. |
|
Xəbər 148 dəfə oxundu. |
|
|