Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
Azərbaycan atleti Nazim Babayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatında ikinci olub.

Milli üzvü yarışın ilk günündə uzunluğa tullanmada uğurlu nəticə ilə yadda qalıb.

Atletimiz 7.46 metr göstərici ilə gümüş medal qazanıb. Bu növdə Kəsgin Abbaszadə 4-cü olub.

100 metr məsafəyə qaçışda isə Əlhəm Nağıyev 7-ci pillədə qərarlaşıb.

Xəbər 163 dəfə oxundu.