Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.

"Sərhədçi" İdman Mərkəzində baş tutan yarımfinal görüşündə "Xırdalan"la üz-üzə gələn "Sabah" ikinci dueldən də qalib ayrılıb - 81:62

Seriyanın ilk görüşündə son çempion 101:85 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, yarımfinalın digər cütündə sabah "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşacaq. İlk matçda ikincilər 63:61 hesablı qələbə qazanıb.

Xəbər 147 dəfə oxundu.