Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
Serbiyanın paytaxtı Belqradda davam edən Avropa çempionatında Azərbaycan taekvondoçusu bürünc medal qazanıb.

Qaşim Maqomedov (58 kq) yarışın ikinci günündə fəxri kürsüdə yer alıb.

Azərbaycan millisi yarışa ümumilikdə 12 taekvondoçu ilə qatılıb.

Qeyd edək ki, Taleh Süleymanov (87 kq) və qadınların yarışında mübarizə aparan Nigar Abdullayeva (53 kq) da bu gün mübarizəyə qoşulub və uğursuz çıxış ediblər.

Xəbər 172 dəfə oxundu.