Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək.

Turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Neftçi" "Kəpəz"i qəbul edəcək."Neftçi" Arena"da keçiriləcək qarşılşama 19:00-da başlayacaq. "Neftçi" hazırda 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Kəpəz" isə 35 xalla səkkizincidir.

Qeyd edək ki, turun digər oyunları mayın 11-i və 12-də baş tutacaq.

Xəbər 148 dəfə oxundu.