Ferqyuson futbolçularına istirahət verdi
Bugün Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray” doğma azarkeşlər önündə “Mançester Yunayted”i qəbul edəcək. Ferqyuson artıq heyəti də müəyyənləşdirib.
Belə ki, Ferqyuson komandanın aparıcı futbolçularını Türkiyəyə gətirməyib. Bunlar Ueyn Runi, Rio Ferdinand, Pol Skoulz, Robin van Persi, David De Xea, Giqqz, Evra, eləcə də zədəli Kaqava, Nani, Conni Evansdır.
Qeyd edək ki, “Qalatasaray” hazırda 4 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Türk Telekom Arena”da keçiriləcək matç bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 830 dəfə oxundu.