“Xəzər Lənkəran”ın daha bir futbolçusu sıradan çıxıb
“Xəzər Lənkəran”ın daha bir futbolçusu sıradan çıxıb. “Bakı” ilə oyunun 18-ci dəqiqəsində aldığı zədə ucbatından Kazım Kazımlı ilə əvəzlənən Dmitris Sialmasın ən azı 2 həftə komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

Bundan başqa, “Bakı” ilə oyunda sadəcə yer doldurmaq xatirinə adı protokola salınan Vandersonun sağalması üçün bir həftəyə qədər vaxt lazım olacaq. Bu isə o deməkdir ki, braziliyalı müdafiəçi “Kəpəz”lə oyunda da komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran”da daha bir itki Eder Bonfimlə bağlıdır. O, uzun müddətə sıradan çıxdığından, komandaya yalnız fevralda kömək edə biləcək.

Bununla belə, cənublular üçün sevindirici xəbər də var. Topaz Premyer Liqasının VII turu çərçivəsində “Turan”la keçirilən qarşılaşmada aldığı qrmızı vərəqə sonrası AFFA İntizam Komitəsi tərəfindən 6 oyunluq cəzalanan Elnur Allahverdiyevin cəza müddəti artıq bitmişdir. Futbolçu “Kəpəz”lə oyunda komandasının müdafiəsində yerini ala biləcək.

Xəbər 813 dəfə oxundu.