Kaxaber Sxadadze klub rekorduna imza atıb
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze klub rekorduna imza atıb. Topaz Premyer Liqasının XIII turunda “Turan” üzərində qazanılan 2:0 hesablı qələbə bakılıların gürcüstanlı mütəxəssisin rəhbərliyi altında 70-ci zəfəri kimi tarixə düşüb.

4-cü mövsümdür klubda çalışan Sxadadze üçüm bu qələbə təkcə yubiley xarakterli olmayıb. 70-ci qələbənin qazanılması “İnter”in tarixində ən çox qalibiyyət görən ünvanını 44 yaşlı gürcüstanlı çalışdırıcıya qazandırıb.

O, komanda ilə 69 qələbə qazanan, 2009-cu ilin yayında əvəzlədiyi ukraynalı Valentin Xodukinin rekordunu yeniləyib. Ukraynalının rəhbərliyi altında 113 matça çıxan “İnter” 69 qələbə ilə yanaşı, 25 heç-heçə edib və 19 dəfə uduzmuşdu. Həmin matçlarda top fərqi 203-75-dir.

Xəbər 854 dəfə oxundu.