“Neftçi”nin “Partizan” klubu ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib
“Neftçi”nin Avropa Liqasında Serbiya “Partizan” klubu ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. UEFA matçı uelsli referi Saymon Li Evansa tapşırıb.
37 yaşlı hakim 2007-ci ildin yanvar ayından FİFA referisidi. O, 2010-cu ildən 1-ci kateqoriyalı hakimlər sırasına daxil edilib.
Evans cari mövsümdə Avropa Liqasının təsnifat mərhələsində iki oyun idarə edib – “Hafnarfyordur” – AİK, “Servet” – “Rusenborq”. Bundan başqa o, qrup mərhələsində 1:1 hesabı ilə başa çatan “Atletik” – “Hapoel” (Kiryat Şmona” matçında fit çalıb. Evans DÇ-2014-ün seçmə mərhələsinin Slovakiya – Lixtenşteyn qarşılaşmasını idarə edib.
Qeyd edək ki, noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçı Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.
Baş hakim: Simon Li Evans.
Baş hakimin köməkçiləri: Edvard Kinq, Filip Tomas.
Dördüncü hakim: Alun Boore.
Baş hakimin əlavə köməkçiləri: Mark Steven Vitbi, Bryn Markham-Jones (Hakimlər briqadası Uelsdəndi).
Hakim-inspektor: Rudolf Zavrl (Sloveniya).
UEFA nümayəndəsi: Günter Benkö (Avstriya).

Xəbər 1015 dəfə oxundu.