Dünən səfərdə “Bakı”ya uduzan “Xəzər Lənkəran” itki ilə üzləşib
Dünən səfərdə “Bakı”ya uduzan “Xəzər Lənkəran” itki ilə üzləşib. Oyunun əvvəlində zədələnən yunan futbolçu Dimitrios Sialmasın durumunun yaxşı olmadığı meydana çıxıb.
Klubdan verilən məlumata görə, Sialmas ən azından qarşıdakı 2 həftədə komandaya yardımçı ola bilməyəcək. Amma bu, ilkin ehtimaldı. Forvardın son durumu isə bu günkü müayinədən sonra məlum olacaq.
futbol11.az

Xəbər 853 dəfə oxundu.