Luiş Fiqu məşqçiliyə başlamaq fikrinə düşüb
Portuqaliya futbolunun ən məşhur simalarından olan Luiş Fiqu məşqçiliyə başlamaq fikrinə düşüb. O, gələcəkdə bir gün yetişdiyi klub olan "Sportinq"i çalışdırmaq arzusundadır.

Bu barədə o, jurnalistlərlə müsahibəsində danışıb: "Özümü hələ ki, hazır hiss etmirəm, amma bir neçə il sonra məşqçiliyə başlamaq fikrim var. Hələ öyrənmək mərhələsindəyəm. Həm də ailə vəziyyətim indi məşqçilik etməyə imkan vermir. Əvvəlcə qızlarım böyüməlidi".

Qeyd edək ki, Fiqu futbolçu kimi "Sportinq", "Barselona", "Real" və "İnter"də çıxış edib.

Xəbər 879 dəfə oxundu.