Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq | |
Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq. Yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq. İlk olaraq "Qəbələ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb - 2:1. Nəhayət, ikinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini 4 cavabsız qolla üstələyib. Bizim Telegram kan |
|
Xəbər 92 dəfə oxundu. |
|
|