Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub | |
Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib. Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" və "Abşeron" kollektivləri üz-üzə gəlib. İlk set 25:13 hesabı ilə "Azərreyl"in xeyrinə başa çatıb. "Abşeron" ikinci seti 25:15 öndə tamamlayıb. Sonra ardıcıl iki setdə 25:21 üstün olan "Azərreyl" rəqibini 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub. Qeyd edək ki, dünən kişi voleybolçular arasında çempionatın final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib. |
|
Xəbər 87 dəfə oxundu. |
|
|