Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib | |
Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında IV turun oyunları keçirilib. Ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qalibiyyətini əldə edib. Hesabat turunda qrossmeyster Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar. Avropa çempionatı 4-cü tur Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) 1:0 Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə 1:0 Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) 1:0 Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva 0,5:0,5 Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva 0,5:0,5 Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) 0,5:0,5 Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) 1:0 Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) 1:0 Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva 0,5:0,5 Şlomit Vardi (İsrail) - Nərmin Abdinova 0,5:0,5 Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşdürür. Bu gün keçiriləcək 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla M.Qarsiyaya qarşı mübarizə aparacaq. |
|
Xəbər 88 dəfə oxundu. |
|
|