Azərbaycan bilyardçısı Avropa çempionu olub
Azərbaycan idmançısı Tofiq Quliyev bilyard üzrə Avropa çempionu olub.

O, Moldovanın paytaxtı Kişinyovda keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında qızıl medal qazanıb. Yarışda 7 ölkədən 70 bilyardçı mübarizə aparıb.

İkinci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü pillədə qərarlaşıb.

Xəbər 125 dəfə oxundu.