Mahmud Qurbanov: “İstəyimiz ən azı bir xaldı”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov “Qəbələ” ilə oyuna hazırlıqla bağlı danışıb. Gənc mütəxəssis komandanın məşq prosesi, hədəfi və digər məsələlərlə əlaqədar fikirlərini bölüşüb:
“Çempionatda yaranan uzun fasilə səbəbindən hazırlaşmaq üçün vaxtımız daha çox olub. Amma tam tərkibdə məşq edə bilməmişik. Çünki zədəlilərimiz olub. Hazırda bir futbolçudan başqa zədəsi olan digərlərinin vəziyyəti yaxşıdı və onlar ümumi halda məşqlərə qoşulublar. Bizi “Qəbələ” ilə çətin oyunun gözlədiyini düşünürəm. Buna baxmayaraq, səfərə xal arxasınca gedirik. İstəyimiz ən azı bir xaldı. İnşallah, buna nail olarıq. Çempionatda istənilən rəqiblə görüşdə qələbə qazanmaq mümkündü. Sadəcə, oynamaq lazımdır. O cümlədən də “Qəbələ” ilə oyunda uğura nail olmaq olar.”

Xəbər 899 dəfə oxundu.