Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində 7 qızıl medal qazanıblar.

Birinci böyüklər, ikinci isə gənclər arasında bu nailiyyətə imza atıb.

Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 129 dəfə oxundu.