Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq | |
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq. Yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da başlanacaq. Digər yarımfinal görüşündə Niderland və Polşa seçmələri görüşəcəklər. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq. |
|
Xəbər 111 dəfə oxundu. |
|
|