Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub | |
Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb. Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Bakı Tennis Akademiyasındakı turnirdə müxtəlif yaş kateqoriyalarından 46 idmançı mübarizə aparıb. 8-10 yaşlı oğlanlar arasında 1-ci yeri Heydər Əsgərəlizadə, 2-ci yeri Daniil Morozkov, 3-cü yeri Anar Şahkərimov tutub. 11-12 yaşlı oğlanlarda Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlılarda isə Artyom Mikolyuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk "üçlük"də qərarlaşıb. 8-10 yaşlı qızlardan İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızlar arasında Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova, 13-16 yaşlılarda isə Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova mükafatçılar sırasına düşüb. |
|
Xəbər 96 dəfə oxundu. |
|
|