Balotelli ilə Mançini «ər və arvaddılar»
«Mançester Siti»nin italiyalı ulduzu Balotelli artıq yanvarda klubu tərk edə bilər. İdman.com.az saytının məlumatına görə, artıq komandanın nominal 4-cü hücumçusuna çevrilən futbolçu məşqçi ilə münasibəti ilə də bu ehtimalı daha da artırır.

Futbolçunun agenti Mino Rayola Balotellinin klubun baş məşqçisi Roberto Mançini ilə münasibətini ərlə arvad münasibəti kimi xarakterizə edib. Onların birgə işi dövründə aralarında çoxsaylı qalmaqallar olub. O cümlədən bir-birinin qərarlarından narazılığı nümayişkarcasına biruzə vermələr.

Bu mövsümdə də belə hallar istisna deyil. Onların birində futbolçu əvəzlənməsindən narazı qalıb məşqçinin ünvanına nalayiq ifadəli mızıltılar edib. Rayola belə münasibətlərin ərlə arvad arasında olduğunu deyir: «Onlar daima mübahisə edir, ancaq bir-birilərini sevir və hörmət edirlər».


Ən populyar klublar

«Barselona» Facebook şəbəkəsində ən populyar klubdu. «Real»la «Mançester Yunayted» yaxında olsalar da, digər klublar çox uzaqdadılar. Facebookun ilk onluğu isə belədir:
1. «Barselona» - 36.619.000
2. «Real» - 32.858.000
3. «Mançester Yunayted» - 28.533.000
4. «Çelsi» - 13.762.000
5. «Milan» 12.206.000
6. «Arsenal» - 11.778.000
7. «Liverpul» - 10.529.000
8. «Qalatasaray» - 7.581.000
9. «Fənərbağça» - 6.099.000
10. «Bavariya» - 5.279.000

Öz şəhərlərində populyarlığa görə isə, buradakı lider üçlüyü Dortmund «Borussiya»sı qabaqlayıb. Bu cəhətdən populyarlığı azarkeşlərin stadiona gəlməsi müəyyən edə bilər. Ev oyunlarında ən çox tamaşaçı görən komanda isə məhz «Borussiya»dı. Dortmundluların 80 minlik stadionunda boş yer tapmaq olmur. Buradakı ilk 10-luğu da diqqətinizə çatdıraq:

Klub Ölkə Tamaşaçı %
1. «Borussiya» D. Almaniya 80645 100
2. «Barselona» İspaniya 76582 77
3. «Mançester Y.» İngiltərə 75427 100
4. «Real» İspaniya 72000 90
5. «Bavariya» Almaniya 71000 99
6. «Şalke-04» Almaniya 60898 99
7. «Arsenal» İngiltərə 60094 100
8. «Hamburq» Almaniya 54849 96
9. «Nyukasl» İngiltərə 50637 97
10. «Ayaks» Niderland 49806 94

Xəbər 1104 dəfə oxundu.